Bakı. Trend:
Ötən gün Azərbaycanda ehtiyatsızlıqdan iki ölüm faktı qeydə alınıb.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 11-də Cəlilabad rayonunun Məlikqasımlı kəndində yaşayan 7 yaşlı Dövran Qurbanov həyətində yelləncəkdən yıxılması nəticəsində ölüb.
Digər bir hadisə isə Xaçmaz rayonunun Qusarçay kəndində baş verib. Kənd sakini Rasim Hümmətov anbarda un kisələrini boşaldarkən ehtiyatsızlıqdan yıxılıb. R.Hümbətov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hər iki faktla bağlı araşdırma aparılır.