...

Ruhi xəstə Pakistan vətəndaşının çantasını oğurladı

Hadisə Materials 21 Yanvar 2016 14:51 (UTC +04:00)
Cəlilabadda ruhi xəstə Pakistan vətəndaşının çantasını oğurladı
Ruhi xəstə Pakistan vətəndaşının çantasını oğurladı

Bakı. Trend:

Cəlilabad rayon sakini, ruhi xəstə Əjdər Nəhmədov tutulub. Trend-in Daxili İşlər Nazirliyinin sayına istinadən verdiyi məlumata görə, yanvarın 20-də Cəlilabad rayonunun Uzuntəpə kəndində naməlum şəxs tərəfindən Pakistan vətəndaşı Məhəmməd Sərdari Sultana məxsus içərisində saçqurudan, üzqırxan maşın və masaj edən qurğu olan çantasını açıq talama yolu ilə alınması barədə xəbər daxil olub.

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, ruhi xəstə Əjdər Nəhmədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti