...

Polis Bakıya gətirilən 1 ton 100 kq at əti aşkarladı

Hadisə Materials 1 Fevral 2016 13:10 (UTC +04:00)
Polis Bakıya satmaq üçün gətirilən 1 tondan artıq at ətini aşkarlayıb.
Polis Bakıya gətirilən 1 ton 100 kq at əti aşkarladı

Bakı. Samir Əli - Trend:

Polis Bakıya satmaq üçün gətirilən 1 tondan artıq at ətini aşkarlayıb.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanvarın 24-də Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda Ağcabədi rayon sakini Nofəl Yusifovun idarə etdiyi "Ford" markalı avtomobil saxlanılıb.

Baxış zamanı avtomobildə olan 1 ton 100 kiloqram at əti aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti