...

Bakıda qəza törədən avtobus sürücüsü tutulub

Hadisə Materials 24 Fevral 2016 18:40
Paytaxtda ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.
Bakıda qəza törədən avtobus sürücüsü tutulub

Trend-i buradan izləyin

Bakı. Trend:

Paytaxtda ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə daxil olan birgə məlumatda deyilir ki, fevralın 24-də paytaxtın Nizami rayonu ərazisində Anar İsmayılovun idarə etdiyi "İsuzu" markalı, "10 TC 962" dövlət qeydiyyat nişanlı 62 saylı marşrut xəttində işləyən avtobus işıqforun qadağanedici siqnalında hərəkətdə olarkən Rəfael Musayevin idarə etdiyi "Daewoo" markalı "90 HS 692" dövlət qeydiyyat nişanlı 36 saylı marşrut xəttində işləyən avtobusla toqquşub. Hadisə nəticəsində "İsuzu" markalı avtobusun sərnişini Nəsirov Asif Yusif oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişinlərdən 12-si isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdirilib. Onlardan 8 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla yol-nəqliyyat hadisəsinin "İsuzu" markalı avtobusun sürücüsü A.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti