Bakı. Trend:
Bakıda evdə yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 12 kv.m sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.