Bakı. Trend:
Şəmkirdə çalışdığı mağzanın dam örtüyündə təmir işləri aparan rayon sakini 54 yaşlı Mübariz Əkbərov yıxılıb.
Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, dərhal yaxınlıqdakı insanların köməkliyi ilə xəstəxanaya aparılan 54 yaşlı kişi yolda dünyasını dəyişib. Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Faktla bağlı rayon prokuroroluğunda araşdırma aparılır.