Bakı. Trend:
"Azərişıq" ASC qarət olunub. Belə ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 12-də Nardaran-Bilgəh şosesində "Azərişıq" ASC-yə məxsus dəmir qutunu sındırmaq yolu ilə 4 dəst 10 kv-luq 630 amperlik açarları oğurlamış Bakı şəhər sakinləri Rəşad Əliyev, İlqar Ələkbərov və Şahin Yusifov tutulub.