...

Samur-Abşeron kanalında batan şəxslərdən birinin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 3 Avqust 2016 15:39 (UTC +04:00)
Samur-Abşeron kanalında iki nəfər batıb.
Samur-Abşeron kanalında batan şəxslərdən birinin meyiti tapılıb (YENİLƏNİB)

Trend-i buradan izləyin

Bakı. Trend:

Samur-Abşeron kanalında iki nəfər batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samur-Abşeron kanalının Şabran rayon, Ağbaş kəndi ərazisindən keçən hissəsində 1 nəfərin, 1 nəfərin isə Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları hadisə yerinə cəlb olunmuş və vətəndaşların axtarışına başlanılıb.

Əlavə məlumat veriləcək.

Samur-Abşeron kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində batan şəxsin axtarışları başa çatıb. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 1956-cı il təvəllüdlü Quliyev Piri Hacıalsan oğlunun cəsədini batdığı yerdən 25 km aralıda sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:40-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti