Bakı. Trend:
Səhər saatlarında Neftçalada traktor yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Mirzəqurbanlı kəndində vətəndaşa məxsus traktorun kabina hissəsi yanıb. Traktorun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.