...

Gəncədə ər arvadını öldürdü, baldızını bıçaqladı

Hadisə Materials 17 Avqust 2016 14:21 (UTC +04:00)
Gəncədə ailə münaqişəsi ölümlə nəticələnib.
Gəncədə ər arvadını öldürdü, baldızını bıçaqladı

Bakı. Trend:

Gəncədə ailə münaqişəsi ölümlə nəticələnib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Cavad xan qəsəbəsində əri tərəfindən bıçaqlanan 32 yaşlı Məhəbbət Vəliyeva ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ərlə arvad arasında münaqişəni sakitləşdirməyə cəhd edən şəxs - qətlə yetirilənin bacısı, 33 yaşlı Nailə Vəliyeva isə sol bud nayihəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Polis tərəfindən hadisəni törədən Ruslan Qurbanovun saxlanılması istiqamətində tədbirlər görülür. Gəncə şəhər prokurorluğunda açılan cinayət işi üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti