...

Aeroport yolunda 3 maşın toqquşub: yaralılar var

Hadisə Materials 17 Avqust 2016 20:11 (UTC +04:00)
Bu gün axşam saatlarında aeroport yolunda 3 minik avtomobili toqquşub.
Aeroport yolunda 3 maşın toqquşub: yaralılar var

Bakı. Samir Əli - Trend:

Bu gün axşam saatlarında Bakıda aeroport yolunda 3 minik avtomobili toqquşub.

Trend-in məlumatına görə, qəza nəticəsində 2 yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Xəsarət alan ərin ayağı topuqdan kəsilib, hazırda əməliyyatdadır. Onun həyat yoldaşı 54 yaşlı Yusifova Nəzakət İsmixan qızının da vəziyyəti ağırdır, əməliyyata alınıb.

Şahidlər qəza zamanı bir nəfərin öldüyünü bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti