...

Üzük barmağından çıxmadı, FHN-i çağırdı

Hadisə Materials 16 Sentyabr 2016 09:07 (UTC +04:00)
Gecə Sumqayıtda maraqlı olay baş verib.
Üzük barmağından çıxmadı, FHN-i çağırdı

Bakı. Trend:

Gecə Sumqayıtda maraqlı olay baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 1 nəfərin barmağındaki üzüyün sıxılaraq qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq üzüyü kəsmiş və vətəndaşın barmağından çıxararaq zərərçəkmişi aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 04:24-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti