...

Xaçmazda 6 otaqlı ev yanıb

Hadisə Materials 29 Oktyabr 2016 19:04 (UTC +04:00)
Xaçmazda yanğın qeydə alınıb
Xaçmazda 6 otaqlı ev yanıb

Bakı. Trend:

Xaçmazda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində vətəndaşa məxsus ümumi sahəsi 289 m2 olan birmərtəbəli 6 otaqlı evdə yanğınla nəticələnən partlayış baş vermişdir. Yanğın nəticəsində evin tavanı 2 m2 sahədə yanmışdır.

Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən Mərkəzi Şəhər Xəstəxanasına aparılmışdır.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti