Bakı. Trend:
Gəncədə 2 otaqlı ev yanıb.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 6 m2 sahədə, 1 ədəd paltaryuyan və 1 ədəd qaz sobası yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.