Sumqayıtda 5 otaqlı ev yanıb

Hadisə Materials 26 Noyabr 2016 10:09 (UTC +04:00)
Sumqayıt şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib.
Sumqayıtda 5 otaqlı ev yanıb

Bakı. Trend:

Sumqayıt şəhərində vətəndaşa məxsus evdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 m2 sahədə yanıb.

Evin qalan hissəsi və digər bitişik qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 08:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti