Bakı. Trend:
Şəkidə vətəndaşa məxsus evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 153 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının və çardağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.