...

Gəncədə marşrutun aşması nəticəsində xəsarət alan 3 nəfər evə buraxılıb

Hadisə Materials 1 Fevral 2017 16:17 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Gəncə şəhərində mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 3 nəfər ambulator müalicəyə buraxılıb.

Bu barədə Trend-ə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, onlara ilkin tibbi yardım göstəriləndən sonra vəziyyətləri normallaşıb.

Qeyd edək ki, Gəncədən Bakı istiqamətində hərəkətdə olan “Mecedes Vito” markalı mikroavtobus bu gün idarəetməni itirərək aşıb.

Hadisə zamanı avtomobildə olan şəxslərdən biri, 1985-ci il təvəllüdlü Elşad Tağıyev ölüb, üç nəfər isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qəzaya yolun buz bağlamasının səbəb olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polisi İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti