Bakı. Trend:
Abşeron rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 31-də Abşeron rayonunun Hökməli qəsəbə sakini Xəyyam Rüstəmov Abşeron RPİ-yə müraciət edərək yanvarın 26-dan 31-dək olan müddətdə evindən 12.000 manat pulun oğurlanmasını bildirib.
Araşdırmalar zamanı qeyd edilən pulun onun 15 yaşlı oğlu tərəfindən götürülərək xərclənməsi müəyyən edilib.