...

Binəqədidə 2 otaqlı mənzil yanıb

Hadisə Materials 18 Fevral 2017 10:26 (UTC +04:00)
Bakıda gecə saatlarında yanğın faktı qeydə alınıb.
Binəqədidə 2 otaqlı mənzil yanıb

Bakı. Trend:

Bakıda gecə saatlarında yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində tikilmiş ümumi sahəsi 30 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Digər mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 03:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti