Bakı. Trend:
Səhər saatlarında Astarada yanğın faktı qeydə alınıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Düz Suparıbağ kəndində vətəndaşa məxsus ümumi sahəsi 400 m² olan 12 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.