...

Bərdədə 5 otaqlı ev yanıb

Hadisə Materials 18 Mart 2017 08:43 (UTC +04:00)
Bərdə rayonu, Yeni Əyricə kəndində yanğın qeydə alınıb
Bərdədə 5 otaqlı ev yanıb

Bakı. Trend:

Bərdə rayonu, Yeni Əyricə kəndində yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Yeni Əyricə kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları 120 m² sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti