...

Yardımlıda yanğın olub

Hadisə Materials 21 Mart 2017 22:08 (UTC +04:00)
Yardımlı rayonu, Deman kəndində yanğın qeydə alınıb
Yardımlıda yanğın olub

Bakı. Trend:

Yardımlı rayonu, Deman kəndində yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Yardımlı rayonu, Deman kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə və bitişik ümumi sahəsi 15 m² olan vaqon tipli köməkçi otağın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın saat 13:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti