...

Bakı sakini lift boşluğuna yıxılaraq ölüb

Hadisə Materials 8 Aprel 2017 21:03 (UTC +04:00)
Bakı sakini lift boşluğuna yıxılaraq ölüb
Bakı sakini lift boşluğuna yıxılaraq ölüb

Bakı. Trend:

Bakı sakini lift boşluğuna yıxılaraq ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin lift boşluğuna yıxılması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1989-cu il təvəllüdlü Həsənov Nurlan Şahmərdan oğlunun cəsədini lift boşluğundan çıxararaq aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 18:46-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti