...

FHN Sabirabadda baş vermiş qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 10 Aprel 2017 04:59 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi aprelin 10-da Sabirabadda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb
FHN Sabirabadda baş vermiş qəza ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi aprelin 10-da Sabirabadda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonu Nizami kəndində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraqm minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1980-cı il təvəllüdlü Musayev Rəşad Arif oğlunun cəsədini çıxarmış vəaidiyyatı üzrə təhvil verib. Əməliyyat saat 02:03-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti