...

Xaçmazda evə basqın edən şəxslər tutulub

Hadisə Materials 8 İyun 2017 15:26 (UTC +04:00)
Xaçmazda evə basqın edən şəxslər tutulub.
Xaçmazda evə basqın edən şəxslər tutulub

Bakı. Trend:

Xaçmazda evə basqın edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Hülövlu kənd sakini Məsumə Qasımovanın yaşadığı evə daxil olan naməlum şəxs onun boynuna bıçaq dirəyərək, pul və qızıl-zinət əşyaları tələb edib. Qadın səs-küy salaraq qonşulardan yardım istədiyindən, həmin şəxs masanın üstündəki mobil telefonu götürərək qaçıb.

Fakt barədə Xaçmaz RPŞ-yə məlumat verilib.

Şübhəli şəxs qismində əvvəllər məhkumluq həyatı yaşamış Vüqar Sadıqovun və Taleh Cavadovun polisdə ifadələri alınıb. Onlar törətdikləri hadisəni etiraf ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti