...

Sərhədçilər Xəzərdə batan balıqçıları xilas ediblər

Hadisə Materials 30 İyun 2017 13:32 (UTC +04:00)
Sərhədçilər Xəzərdə batan balıqçıları xilas ediblər.
Sərhədçilər Xəzərdə batan balıqçıları xilas ediblər

Bakı. Trend:

Sərhədçilər Xəzərdə batan balıqçıları xilas ediblər.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 29-da, saat 13:30 radələrində Sahil Mühafizəsinin növbətçi gəmisi tərəfindən Hövsan reydində rəsmiləşdirilərək dənizə çıxmış, içərisində 2 nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə məlumat əldə edilib.

Görülmüş tədbirlər nəticəsində həyatları təhlükə altında olan balıqçılar Bakı şəhər Xəzər rayonu Türkan qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Quliyev Seyfulla Əmrulla oğlu və1974-cü il təvəllüdlü Quliyev Xeyrulla Əmrulla oğlu xilas olunublar.

Xilas edilmiş balıqçılara ilkin tibbi yardım göstərilib, onlara məxsus zədələnmiş qayıq sahilə çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti