Bakı. Trend:
Abşeron rayonunda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə,Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan mağazanın zirzəmisində 20 m2 sahədə tikinti materialları yanıb.
Mağaza yanğından mühafizə olunub.
Yanğın saat 18:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.