Bakı. Trend:
Misirin İsne şəhərciyində polis patruluna silahlı hücum olub. Trend-in məlumatına görə, hücum nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Ölkənin Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, polis patrulları yoxlamaq üçün saxladıqları avtomobildən atəşə tutulublar.
Silahlılardan biri saxlanılıb, digəri qaça bilib.
Hadisə nəticəsində ölənlərdən biri polis patrulu, digəri isə dinc sakin olub. Daha 3 yaralı da təsadüfən yoldan keçən dinc sakin olub.