...

Paytaxtda 4 otaqlı ev yanıb

Hadisə Materials 16 Avqust 2017 09:19 (UTC +04:00)
Paytaxtda 4 otaqlı ev yanıb.
Paytaxtda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Paytaxtda 4 otaqlı ev yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik ev yanğından mühafizə olunub.

Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Saatlı rayonu, Mollavazlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 154 m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün və 2 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti