...

Dənizdə batan 3 nəfər xilas edilib

Hadisə Materials 20 Avqust 2017 21:03 (UTC +04:00)
Dənizdə batan 3 nəfər xilas edilib
Dənizdə batan 3 nəfər xilas edilib

Bakı. Trend:

Dənizdə batan 3 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 3 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

Əməliyyat saat 19:20-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti