Bakı. Trend:
Bakının Nizami rayonunda “Daewoo” markalı avtobusun mühərrikində elektrik naqilləri yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.