Bakı. Trend:
Kosta-Rikada Prezident Lusi Qilermonun göstərişi ilə güclü qasırğa səbəbindən fövqəladə vəziyyət elan olunub. Trend-in məlumatına görə, tropik "Neyt" qasırğası ilə əlaqədar eləcə də 2 gün qeyri-iş günü elan olunub.
Son məlumata görə, qasırğa azı 7 nəfərin həyatına son qoyub, daha 10 nəfərin isə daşqınlarda itkin düşdüyü bildirilir.
Qasırğanın ölkədə dağıntılara səbəb olduğu barədə də məlumat verilib.
Ölkədə məktəblərdə də dərslər dayandırılıb