Bakı. Trend:
Lənkəranda yanğın olub.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Göyşaban kəndində ikimərtəbəli səkkiz otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.