Bakı. Trend:
İmişli rayonunda yanğın qeydə alınıb.
İmişli rayonunda pambıq qurutma aparatının içərisində 70 kq pambıq yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, İmişli rayonunda pambıq qurutma aparatının içərisində 70 kq pambıq yanıb.
Pambıq qurutma aparatı yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.