...

İtaliyaya gəmi gəldi - İçində 26 meyit

Hadisə Materials 6 Noyabr 2017 12:06 (UTC +04:00)
İtaliyanın cənubundakı Salerno şəhərinin limanına içərisində 375 miqrantın olduğu gəmi daxil olub.
İtaliyaya gəmi gəldi - İçində 26 meyit

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın cənubundakı Salerno şəhərinin limanına içərisində 375 miqrantın olduğu gəmi daxil olub.

Trend-in məlumatına görə, Sahil-Mühafizə Xidmətinin əməkdaşları gəmidə 26 qadının meyitini də aşkar edib.

Hazırda onların ölüm səbəbləri araşdırılır. İlkin ehtimal olaraq həmin qadınların gəmidəki şəraitsizlik və sıxıntıdan ölmələri qeyd olunur.

Ölən qadınların hamısının Nigeriya vətəndaşı olduğu bildirilir.

Gəmi ilə gələn digər miqrantlar müvəqqəti düşərgələrə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti