...

İrandan Qazaxıstana gedən yük avtomobilində narkotik vasitə tapılıb

Hadisə Materials 20 Noyabr 2017 16:04 (UTC +04:00)
Narkotik vasitə kinoloji xidmət itinin reaksiyası əsasında aşkarlanıb.
İrandan Qazaxıstana gedən yük avtomobilində narkotik vasitə tapılıb

Bakı. Trend:

Narkotik vasitə kinoloji xidmət itinin reaksiyası əsasında aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin Yük şöbəsində Azərbaycan ərazisindən tranzit gömrük proseduru altında keçməklə İrandan Qazaxıstana gedən yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin dartıcısının kabinəsinə xidməti it reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsi saxlanılıb və əsaslı yoxlanılıb. Nəticədə, kabinənin yataq yerinin üzərində sürücüyə məxsus əl çantasının içərisindəki siqaret qutusunda xalis çəkisi 0,421 qram təşkil edən narkotik vasitə - həşiş qətranı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti