...

Lənkəranda 1 ədəd hərbi təyinatı olmayan naməlum əşya aşkar edilib (FOTO)

Hadisə Materials 6 Yanvar 2018 02:28 (UTC +04:00)
Lənkəranda 1 ədəd hərbi təyinatı olmayan naməlum əşya aşkar edilib
Lənkəranda 1 ədəd hərbi təyinatı olmayan naməlum əşya aşkar edilib (FOTO)

Bakı. Trend:

Lənkəranda 1 ədəd hərbi təyinatı olmayan naməlum əşya aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, yanvarın 5-i Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Lənkəran rayonu, Velədi kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı çəkilmiş əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi təyinatı olmayan naməlum əşya aşkar edilib, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş naməlum əşyanın ətrafında 5 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 05 yanvar 2018-ci il tarixlərində Tərtər və Lənkəran rayonları ərazisində 1 əkin sahəsinə və bazar ərazisinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 5 300 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti