Bakı. Trend:
Bakı şəhərində yanğın hadisəsi olub.
Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 97 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 28 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər azyaşlı tüstüdən zəhərlənib və 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.