...

Qəza törədib qaçan sürücü tutulub

Hadisə Materials 18 Yanvar 2018 14:28 (UTC +04:00)
Yanvarın 14-də Balakən rayon sakini Nurlan Sabirovun aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Qəza törədib qaçan sürücü tutulub

Trend-i buradan izləyin

Bakı. Trend:

Yanvarın 14-də Balakən rayon sakini Nurlan Sabirovun aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla həmin gün saat 23 radələrində Talalar kəndi ərazisində yolu keçən Tülü kənd sakini Nurlan Sabirovun müəyyən edilməyən avtomobillə vurulması və xəsarətlə xəstəxanaya yerləşdirilməsi məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Audi” markalı avtomaşınla törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü, Xalatala kənd sakini Şaban Dibirov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti