...

Bakı metrosunda qatar tuneldə qalıb, intervalda gecikmələr var (YENİLƏNİB)

Hadisə Materials 19 Yanvar 2018 19:08 (UTC +04:00)
Bakı metrosunda sərnişinlər yəxliyə edilib.
Bakı metrosunda qatar tuneldə qalıb, intervalda gecikmələr var (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Bakı Metropoliteninə məxsus "Həzi Aslanov"- "Dərnəgül" istiqamətində hərəkətdə olarkən tuneldə qalan 35 saylı qatarda yaranan problem aradan qaldırılıb.

Bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. N.Paşayev bildirib ki, qatarda yaranmış problem tam aradan qaldırılıb və depoya yola salınıb: "Hazırda qatarların hərəkətində fasilələr yaranıb. Çalışırıq ki, intervalda olan gecikmələri aradan qaldıraq".

X X X

Bakı metrosunda qatar tuneldə qalıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın qapılarında nasazlıq olub:

"Saat 18:45-də sərnişinləri 28 May stansiyasında boşaldıb Nizami stansiyasından qatarı geri depoya göndərməli olduq. Təəssüf ki, qatar indi də 28 May-Gənclik stansiyaları arasında qalıb. Hazırda başqa qatarın köməkliyi ilə onu xətdən çıxartmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti