...

Ötən gün ölkədə cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Hadisə Materials 14 Fevral 2018 08:35 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 115 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb
Ötən gün ölkədə cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 115 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Məlumata görə, respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Xəbər lenti

Xəbər lenti