...

Moskvadan Bakıya gələn sərnişinin çantasından ov bıçaqları çıxdı

Hadisə Materials 2 Mart 2018 10:45 (UTC +04:00)
Moskva-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı ilə yoxlanılıb.
Moskvadan Bakıya gələn sərnişinin çantasından ov bıçaqları çıxdı

Bakı. Trend:

Moskva-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı ilə yoxlanılıb və monitorda bıçaq təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin baqaja təkrar yoxlama aparılıb. Nəticədə vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 5 ədəd ov bıçağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti