...

Astarada evdən 13 min dollara yaxın pul oğurlanıb

Hadisə Materials 2 Mart 2018 16:49 (UTC +04:00)
Oğurlanan pullar aşkar edilərək sahibinə qaytarılıb
Astarada evdən 13 min dollara yaxın pul oğurlanıb

Bakı. Trend:

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara sakini Elman Novruzov fevralın 27-də Rayon Polis Şöbəsinə müraciət edərək şəhərin Səməd Vurğun küçəsində yerləşən evindən 12000 dollar və 335 avro oğurlanması barədə məlumat verib. Hadisə axşam saatlarında sahibinin evdə olmadığı vaxt baş verib.

Təxirəsalınmaz əməliyyat tədbirləri ilə oğurluğu törədən şəxslər aşkarlanaraq polis tərəfindən saxlanılıb. Faktı törədənlərin elə qonşuluqda yaşayan Astara sakinləri Kənan Bayramlı və Kənan Novruzov olduğu müəyyən edilib. Oğurlanan pulların hamısı onlardan aşkar edilərək sahibinə qaytarılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti