...

FHN: Yataqxanada baş verən yanğın zamanı 10 nəfər təxliyə olunub

Hadisə Materials 26 Mart 2018 14:36 (UTC +04:00)
Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub.
FHN: Yataqxanada baş verən yanğın zamanı 10 nəfər təxliyə olunub

Bakı. Trend:

Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 20 kv.m olan birotaqlı mənzildə 2 ədəd məişət avadanlığı yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti