...

Gürcüstandan Azərbaycana gətirilən avtomobilin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib

Hadisə Materials 3 Aprel 2018 11:45 (UTC +04:00)

Bakı. Trend:

Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gətirilən, Azərbaycan vətəndaşının idarə etdiyi, 2015-ci ildə istehsal olunan "Lexus ES250" markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Müvafiq qaydada yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti