...

FHN Sabunçuda baş verən qəza ilə bağlı məlumat yayıb

Hadisə Materials 20 Aprel 2018 09:03 (UTC +04:00)
Sabunçuda yol qəzası baş verib.
FHN Sabunçuda baş verən qəza ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Sabunçuda yol qəzası baş verib.

FHN-dən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Bağırov Əsəd Ədalət oğlunun sıxılmış vəziyyətdə qalmış meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti