...

Abşeron və Bərdədə yanğın olub

Hadisə Materials 11 May 2018 18:43 (UTC +04:00)
Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​
Abşeron və Bərdədə yanğın olub

Bakı. Trend:

Bərdə rayonunda ümumi sahəsi 455 kv.m olan birmərtəbəli tikilinin yaşayış üçün istifadə olunan hissəsində 30 kv.m sahəyə yığılmış ev əşyaları yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, tikili yanğından mühafizə olunub.

Abşeron rayonunda da ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli tikilinin dam örtüyü və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti