...

Gömrükçülər qanunsuz yolla keçirilən pirotexniki vasitələr aşkarladı (FOTO)

Hadisə Materials 12 May 2018 15:12 (UTC +04:00)
Hər birində 25 ədəd olmaqla 6 qutu pirotexniki vasitə aşkar edilib.
Gömrükçülər qanunsuz yolla keçirilən pirotexniki vasitələr aşkarladı (FOTO)

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

DGK-dan Trend-ə verilən məlumata görə, baxışdan öncə sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib və avtomobilin arxa buferinin altından üzərində "Star Light" yazısı olan, hər birində 25 ədəd olmaqla 6 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti