...

Cəlilabadda tövlədə 5 baş heyvan yanıb

Hadisə Materials 28 İyun 2018 19:29 (UTC +04:00)
Cəlilabad rayonunda yanğın olub.
Cəlilabadda tövlədə 5 baş heyvan yanıb

Bakı. Trend:

Cəlilabad rayonunda yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Privolnoye kəndində ümumi sahəsi 240 kv.m olan tövlənin (taxta atmalar və dəmir örtükdən ibarət) taxta atmaları 200 kv.m sahədə və içərisinə yığılmış 7 ton ot bağlamasının 3 tonu yanıb.

Yanğın zamanı tövlənin içərisində olan 5 baş iri buynuzlu heyvan tələf olub. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti