...

Abşeronda evlərdən oğurluq edən şəxslər tutulub

Hadisə Materials 26 İyul 2018 16:45 (UTC +04:00)
Abşeronda evlərdən oğurluq edən şəxslər tutulub
Abşeronda evlərdən oğurluq edən şəxslər tutulub

Bakı. Trend:

Abşeronda evlərdən oğurluq edən şəxslər tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də rayon ərazisindəki evlərin birindən 1000 manat, bijuteriya, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Elməddin Əliyev, Yusif Əbilhəsənov və əvvəllər məhkum olunmuş Tural Dəmir oğlu saxlanılıblar.

E.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 25-dən iyulun 19-dək olan müddətdə bir həyətdən kombi aparatı, bir evdən 3800 manat və 1 ədəd qızıl saat, habelə inşası başa çatmamış bir evdən elektrik naqilləri oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti